Weather data OK.
Baku
27 °C
Wind Direction: 340 NNW

Donanmamız

Silk Way Airlines şirkətinin Boeing, İlyuşin və Antonov tipli təyyarələrdən ibarət aviaparkı ən yüksək aviasiya təhlükəsizliyi və mühafizə standartlarına cavab veri.

Hal-hazırda Silk Way aviaşirkətinin istifadəsində İlyuşin İL-76 tipli, 4-cü pillə səs səviyyəsinə uyğun PS-90A-76 mühərrikləri ilə təchiz edilmiş İL-76TD-90SW tipli təyyarələr vardır.

Ətraflı

YÜKSƏK KEYFİYYƏTLİ MƏHSULLAR ÜÇÜN YÜKSƏK ÜSTÜNLÜYƏ MALİK YÜK DAŞIMALARI

Silkway Airlines

Etibarlılıq, punktuallıq, səmərəlilik və təhlükəsizlik Silk Way Airlines şirkətinin peşəkar komandasından gözləyə biləcəyiniz əsas xüsusiyyətlərdir. Biz çarter reyslərinin və ya yük daşımalarının təşkilində müştərilərimizə hər zaman köməklik etməyə hazırıq. Bizim məqsədimiz, istənilən növ yüklərin daşınması üçün müştərilərimizə onların maddi imkanlarına uyğun ən münasib həll variantları təqdim etməklə, qitənin aparıcı yük aviaşirkətlərindən biri olmaqdır.

XƏBƏRLƏR VƏ YENİLİKLƏR

Silk Way Airlines və Boeing korporasiyası 10 Boeing-737 MAX təyyarəsinin alınmasına dair müqavilə imzalamışdır

Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" aerokosmik korporasiyası 10 Boeing-737 MAX sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalamışdır.

Müqavilə "Silk Way Holding"-in Prezidenti Zaur Axundov və "Boeing" şirkətinin baş vitse-prezidenti Marti Bentrott tərəfindən aprelin 14-də Bakıda imzalanmışdır. İmzalama mərasmində "AZAL"-ın Prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta iştirak etmişdir.

Müqavilənin ümumi məbləği təxminən 1 milyard ABŞ dolları təşkil edir.

ABŞ-ın İxrac-idxal bankı (Ex-Imbank) ilə ilkin müzakirələr əsasında Azərbaycanın mülki aviasiyası tarixində ilk dəfə olaraq hava gəmilərinin alınmasına dair sazişin maliyyələşdirilməsi dövlət zəmanətləri olmadan həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycana müasir Boeing-737 MAX hava gəmilərinin gətirilməsinə dair razılaşma ötən ilin yayında Böyük Britaniyada "Farnborough Airshow - 2016" Beynəlxalq aerokosmik salonu çərçivəsində əldə edilmişdir.

İlk iki yeni nəsil təyyarə Azərbaycana 2018-ci ilin sonuna kimi, qalanları isə 2020-ci ilin sonuna kimi gətiriləcək.

"Silk Way Holding"in Prezidenti Zaur Axundov jurnalistlərə bildirmişdir ki, bu müqavilənin imzalanması ilə Azərbaycanın mülki aviasiyası öz inkişafının yeni mərhələsinə qədəm qoyur. ""Silk Way Airlines" "Boeing" istehsalı olan 10 yeni və müasir təyyarə alacaq. Biz bu təyyarələri əməliyyat və maliyyə lizinqi əsasında digər aviaşirkətlərə verməyi planlaşdırırıq. Bu layihə çox yaxşı perspektivə malikdir", - deyə Zaur Axundov qeyd edib.

Səfir Robert Sekutanın sözlərinə görə, imzalanmış sənəd ABŞ və Azərbaycan arasında çox sıx münasibətlərin göstəricisidir. "Boeing korporasiyası tərəfindən istehsal olunan təyyarələr öz etibarlılığı ilə fərqlənir. Bu təyyarələr ilə həm sərnişin daşımaları, həm də yük daşımaları təhlükəsiz şəkildə həyata keçirilir. Biz Azərbaycan şirkəti ilə bu sənədin imzalanmasında çox maraqlıyıq və əldə olunan razılaşmadan çox məmnunuq", deyə səfir bildirmişdir. O, həmçinin ölkəsinin Azərbaycanda yaradılan aşağı büdcəli BUTA AIRWAYS şirkəti ilə əməkdaşlığa hazır olduğunu bildirmişdir.

"Boeing" şirkətinin Baş Vitse-Prezidenti Marti Bentrottun sözlərinə görə, Azərbaycanın aldığı müasir təyyarələr 189 sərnişin üçün nəzərdə tutulmuşdur. Bu təyyarələr çox səmərəli və etibarlıdır. "İmzalanan müqaviləni ABŞ və Azərbaycan arasında çox mühüm ticarət müqaviləsi hesab edirik",- deyə o bildirmişdir.

"737 MAX" təyyarələrinin modernləşdirilmiş seriyası CFM International istehsalı yeni LEAP-1B mühərrikləri ilə təchiz olunmuşdur ki, bu da ən yanacaq-səmərəli müasir təyyarələr ilə müqayisədə yanacaq sərfini 13 faiz azaltmağa imkan verir. Konstruksiyanın son təkmilləşdirməsi, o cümlədən yeni "Advanced Technology" vinqletin quraşdırılması müqaviməti azaldır ki, bu da 737 MAX təyyarəsinin xüsusilə uzaq məsafələrə uçuşları zamanı İstismar xarakteristikalarının daha da yaxşılaşmasına kömək edir. Hazırda, təyyarələr Sietldə (Vaşinqton ştatı, ABŞ) test sınaqlarından keçirilir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının məlumatı

Əfqanıstanın Dvayer hava limanında mayın 18-i yerli vaxtla təxminən saat 14:30-da An-12 təyyarəsinin havaya qalxması zamanı aviasiya hadisəsi baş vermişdir.

Təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülmüşdü. Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşmüşdür. Təyyarənin göyərtəsində yük olmamışdır. 

Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olmuşdur:

1.       Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), hava gəmisinin kapitanı, 1953-cü il təvəllüdlü

2.       Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü

3.       Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü

4.       Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bortmühəndis, 1964-cü il təvəllüdlü

5.       Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü

6.       Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü

7.       Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü

8.       Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü

9.       Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü
                                                                
Əldə olan məlumata görə, hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalmışdır. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası hadisənin araşdırılması üzrə komissiya yaratmışdır. Hazırda komissiyanın sədri - Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimov və komissiya üzvləri  hadisənin araşdırılmasında iştirak etmək üçün Dvayer hava limanına yola düşmüşdürlər.

“Silk Way” aviaşirkəti təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Azərbaycan Ukraynadan 10 ədəd "An-178" təyyarəsi alacaq

Azərbaycanın "Silk Way" aviaşirkəti ilə Ukraynanın "Antonov" dövlət müəssisəsi arasında 10 ədəd "An-178" tipli orta tutumlu nəqliyyat təyyarəsinin alınması barədə müqavilə imzalanıb.


Sənədə "Silk Way" aviaşirkətinin prezidenti Zaur Axundov və "Antonov" dövlət müəssisəsinin prezidenti və baş konstruktoru Dmitri Kiva imza atıb.


Müqavilənin imzalanmasından sonra Zaur Axundova "An-178" təyyarəsinin maketi hədiyyə olunub. Qeyd edilib ki, bu müəssisənin sözügedən təyyarələrin satışına dair imzaladığı ilk sənəddir.


İmzalanma mərasimindən əvvəl Ukrayna istehsalı olan "An-178" təyyarəsinin ilk sınaq uçuşu həyata keçirilib. Sınaq uğurla başa çatıb.

Silk Way Airlines “Air Cargo China” sərgisində iştirak etdi

8-10 iyun tarixində “Silk Way” nümayəndə heyəti dünyanın yük daşımaları üzrə ən mühüm sərgilərindən biri olan “Air Cargo China” sərgisində iştirak etdi.

Gənc tədbir olmasına baxmayaraq (2010-cu ildə təsis edilmişdir) sərgidə dünyanın 67 müxtəlif ölkəsindən 13 500-dən çox qonaq iştirak etdi. Sərgidə 42 ölkəni təmsil edən 400-dən çox stend nümayiş etdirilmişdir.

“Silk Way Airlines” şirkətinin bazarda təmsil olunması yük daşıma industriyasında əlaqələrimizi və münasibətlərimizi gücləndirməyə və yaxşılaşdırmağa imkan verir.

www.transportlogistic-china.com/

Şanxay - Lüksemburq istiqamətində əlavə marşrutlar

11 sentyabr 2008-ci ildən başlayaraq “Silk Way Airlines” aviaşirkəti “Kalitta Air” şirkətindən icarəyə götürülmüş Boeing 747-200 təyyarəsi ilə həftədə iki dəfə Şanxaydan Lüksemburqa və həftədə bir dəfə İstanbuldan Bişkəkə əlavə yük reysləri həyata keçirəcək

.
hard-extreme