Xəbərlər və yeniliklər

MAA və “Silk Way Airlines” tərəfindən xüsusi komissiya yaradıldı

2011-ci il iyulun 6-da Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası “Silk Way Airlines” şirkətinin və MAA-nın nümayəndələrindən ibarət xüsusi komissiya yaratdı. Eyni günün axşamı komissiyanın mütəxəssilərdən ibarət qrupu “Silk Way Airlines” şirkətinin xüsusi çarter reysi ilə Baqram Hava limanına gəldilər və daha sonra qəzanın baş verdiyi ehtimal edilən yerə çatmaq üçün lazımi prosedurları təşkil etmək məqsədilə Kabil Beynəlxalq Hava limanına yola düşdülər. Əfqanıstan Nəqliyyat Nazirliyinin dəstəyi ilə və İSAF Koalisiya Qüvvələri ilə birlikdə xilasetmə planını müəyyən etmək və aşağıda göstərilən 9 heyət üzvü arasında həlak olanların sayını dəqiqləşdirmək üçün fövqəladə müşavirə keçirildi:

  1. 1. Kapitan - Serqey Kuzmin (1969-cu il təvəllüdlü)
  2. 2. İkinci pilot - Oleq Marşihin (1979)

  3. 3. Şturman - İqor Çjen (1966)
  4. 4. Bortmühəndis - Vladimir Şatobin (1958)
  5. 5. Radio-operator - Ahmedcan Hacayev (1955)

  6. 6. Yük operatoru - Elnur Mahmudov (1981)
  7. 7. Yük operatoru - Tapdıq Qəhrəmanov (1964)

  8. 8. Aviamexanik –Əfqan Rəhimov (1980)

  9. 9. Aviamexanik - Mehman Hüseynov (1962)

Eyni zamanda Əfqanıstan Höküməti tərəfindən təyyarə qəzasını təhqiq etmək üçün Əfqanıstan Nəqliyyat Nazirliyinin nəzdində və bizim komissiyanın üzvlərinin iştirkı ilə komissiya yaradıldı. Qəza yerinin çətin keçilə bilən dağlıq ərazidə və aktiv hərbi əməliyyatların keçirildiyi sahədə olması səbəbilə komissiya üzvlərinin fəaliyyəti çox məhduddur. Buna baxmayaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin, İSAF qüvvələrinin və Əfqanıstan hüquq-mühafizə orqanlarının dəstəyi ilə komissiya ekipaj üzlərinin qalıqlarını aşkar etmək və qəza haqqında ilkin məlumat əldə etmək üçün bütün mümkün imkanları nəzərdən keçirir. Azərbaycan Respublikasından gəlmiş komissiya üzvləri bütün zəruri rəsmiləşdirmə prosedurları başa çatana qədər Əfqanıstanda qalacaq.

hard-extreme