Xəbərlər və yeniliklər

Yeni “Boeing 767-300” yük təyyarəsi

“Silk Way Airlines” 2012-ci il may ayının 21-də ABŞ-ın Sietl şəhərində yeni B767-300 yük təyyarəsini “Boeing Commercial Airplanes” şirkətindən təhvil aldı. Aviaşirkət Stansted Hava limanı ilə Heydər Əliyev Beynəlxalq Hava limanı arasında iyul ayından etibarən həftədə iki dəfə uçuşlar həyata keçirməyə başlayacaq.

“Silk Way Airlines” həftədə iki dəfə yük daşıma xidmətlərinə start verdi

“Silk Way Airlines” noyabrın 2-də “Boeing 744F” tipli təyyarə ilə həftədə iki dəfə yük daşıma xidmətlərinə start verdi. Təyyarə Milan Malpensa-Bakı (əsas baza)-Honq-Konq və eyni marşrutla əks istiqamətdə fəaliyyət göstərir. “Silk Way Airlines” üçün bütün yerüstü yük idarəetmə xidmətləri Hactl tərəfindən yüklərin fiziki daşınması, aviayük sənədləri və perron təmizləmə xidmətləri daxil olmaqla bir pəncərədən xidmət prinsipi ilə həyata keçirilir.

“2011 Air Cargo Americas” Beynəlxalq Konqresi və Sərgisi

“2011 Air Cargo Americas Beynəlxalq Konqresi və Sərgisi 2011-ci ilin noyabr ayının 2-də Mayami Hava Limanının Konfrans Mərkəzində işə başlayır. Üç gün ərzində Qərb yarımkürəsinin ən böyük aviasiya yük daşınmaları tədbiri öz məhsul və xidmətlərini dünyanın aparıcı istehsalçılarına, ixracatçılarına, yük ekspeditorlarına, idxalçılarına və distribyutorlarına satmaq istəyən şirkətləri cəlb edəcək və onlara böyük fürsətlər təklif edəcək. Nyu-York, Mayami, Hyuston və Çikaqo ofisləri ilə təmsil olunan “Silk Way Airlines” sərgidə işitrak edir və bütün nümayəndələri 822 saylı stendə dəvət edir.

Zəlzələdən sonra xilasetmə çarter reysləri Türkiyəyə yola düşdü

“Silk Way Airlines” şirkəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üçün hava təminatını təşkil edərək 23 oktyabr tarixində baş vermiş zəlzələdən zərər çəkmiş bölgədə xilasetmə işlərini həyata keçirmək üçün Bakıdan Vana (Türkiyə) İl-76 təyyarəsi ilə 3 xüsusi çarter reysi yola saldı.

2011-ci il Xəzər Aviasiya Daşımaları Sammiti

“Silk Way Holding” və Azərbaycan Hava Yollarının təşkilati dəstəyi və sponsorluğu ilə keçirilən 2011-ci il Xəzər Aviasiya Daşımaları Sammiti son iclasına oktyabrın 11-də yekun vurdu. Bu sammit regionun ən geniş miqyasda təmsil edilmiş aviasiya tədbirlərindən biri olmaqla, beynəlxalq aviasiya yük daşınmaları bazarının liderlərini Bakıda bir araya gətirdi. Dünyanın 20 ölkəsindən 150-dən çox nümayəndə yeni saziş imkanlarını nəzərdən keçirdi, çünki bu konfrans aparıcı aviaşirkətlərə, hava limanlarına, layihə işlədənlərə və aviasiya xidmətləri operatorlarına əla iş imkanları təqdim edir.

http://www.euroavia.com/caspian/default.htm
hard-extreme