Xəbərlər və yeniliklər

Zəlzələdən sonra xilasetmə çarter reysləri Türkiyəyə yola düşdü

“Silk Way Airlines” şirkəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üçün hava təminatını təşkil edərək 23 oktyabr tarixində baş vermiş zəlzələdən zərər çəkmiş bölgədə xilasetmə işlərini həyata keçirmək üçün Bakıdan Vana (Türkiyə) İl-76 təyyarəsi ilə 3 xüsusi çarter reysi yola saldı.

2011-ci il Xəzər Aviasiya Daşımaları Sammiti

“Silk Way Holding” və Azərbaycan Hava Yollarının təşkilati dəstəyi və sponsorluğu ilə keçirilən 2011-ci il Xəzər Aviasiya Daşımaları Sammiti son iclasına oktyabrın 11-də yekun vurdu. Bu sammit regionun ən geniş miqyasda təmsil edilmiş aviasiya tədbirlərindən biri olmaqla, beynəlxalq aviasiya yük daşınmaları bazarının liderlərini Bakıda bir araya gətirdi. Dünyanın 20 ölkəsindən 150-dən çox nümayəndə yeni saziş imkanlarını nəzərdən keçirdi, çünki bu konfrans aparıcı aviaşirkətlərə, hava limanlarına, layihə işlədənlərə və aviasiya xidmətləri operatorlarına əla iş imkanları təqdim edir.

http://www.euroavia.com/caspian/default.htm

“Silk Way Airlines” şirkəti ikinci B747-400F təyyarəsini qəbul etdi

Oktyabrın 8-də “Silk Way Airlines” ikinci B747-400 yük təyyarəsini qəbul etdi və ilkin olaraq fəaliyyətini Seul (ICN) istiqamətində genişləndirəcək, bundan sonra isə Honq-Konq istiqamətində xidmət göstərilməsi planlaşdırılır.

Silk Way Airlines 10 yaşını nəhəng inkişaf göstəriciləri və donanma sayının artması ilə qeyd edir.

Trans-Kaspian 2011

10-cu Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika - Trans-Kaspian 2011 yubiley sərgisi 16-18 iyun tarixində Bakı Ekspo Mərkəzində keçirildi. “Silk Way Airlines” şirkəti Azərbaycan Hava Yolları ilə birlikdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçiriən bu nəqliyyat forumunda iştirak etdi.

MAA və “Silk Way Airlines” tərəfindən xüsusi komissiya yaradıldı

2011-ci il iyulun 6-da Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası “Silk Way Airlines” şirkətinin və MAA-nın nümayəndələrindən ibarət xüsusi komissiya yaratdı. Eyni günün axşamı komissiyanın mütəxəssilərdən ibarət qrupu “Silk Way Airlines” şirkətinin xüsusi çarter reysi ilə Baqram Hava limanına gəldilər və daha sonra qəzanın baş verdiyi ehtimal edilən yerə çatmaq üçün lazımi prosedurları təşkil etmək məqsədilə Kabil Beynəlxalq Hava limanına yola düşdülər. Əfqanıstan Nəqliyyat Nazirliyinin dəstəyi ilə və İSAF Koalisiya Qüvvələri ilə birlikdə xilasetmə planını müəyyən etmək və aşağıda göstərilən 9 heyət üzvü arasında həlak olanların sayını dəqiqləşdirmək üçün fövqəladə müşavirə keçirildi:

  1. 1. Kapitan - Serqey Kuzmin (1969-cu il təvəllüdlü)
  2. 2. İkinci pilot - Oleq Marşihin (1979)

  3. 3. Şturman - İqor Çjen (1966)
  4. 4. Bortmühəndis - Vladimir Şatobin (1958)
  5. 5. Radio-operator - Ahmedcan Hacayev (1955)

  6. 6. Yük operatoru - Elnur Mahmudov (1981)
  7. 7. Yük operatoru - Tapdıq Qəhrəmanov (1964)

  8. 8. Aviamexanik –Əfqan Rəhimov (1980)

  9. 9. Aviamexanik - Mehman Hüseynov (1962)

Eyni zamanda Əfqanıstan Höküməti tərəfindən təyyarə qəzasını təhqiq etmək üçün Əfqanıstan Nəqliyyat Nazirliyinin nəzdində və bizim komissiyanın üzvlərinin iştirkı ilə komissiya yaradıldı. Qəza yerinin çətin keçilə bilən dağlıq ərazidə və aktiv hərbi əməliyyatların keçirildiyi sahədə olması səbəbilə komissiya üzvlərinin fəaliyyəti çox məhduddur. Buna baxmayaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin, İSAF qüvvələrinin və Əfqanıstan hüquq-mühafizə orqanlarının dəstəyi ilə komissiya ekipaj üzlərinin qalıqlarını aşkar etmək və qəza haqqında ilkin məlumat əldə etmək üçün bütün mümkün imkanları nəzərdən keçirir. Azərbaycan Respublikasından gəlmiş komissiya üzvləri bütün zəruri rəsmiləşdirmə prosedurları başa çatana qədər Əfqanıstanda qalacaq.

hard-extreme