Xəbərlər və yeniliklər

“Silk Way Airlines” şirkəti ikinci B747-400F təyyarəsini qəbul etdi

Oktyabrın 8-də “Silk Way Airlines” ikinci B747-400 yük təyyarəsini qəbul etdi və ilkin olaraq fəaliyyətini Seul (ICN) istiqamətində genişləndirəcək, bundan sonra isə Honq-Konq istiqamətində xidmət göstərilməsi planlaşdırılır.

Silk Way Airlines 10 yaşını nəhəng inkişaf göstəriciləri və donanma sayının artması ilə qeyd edir.

Trans-Kaspian 2011

10-cu Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika - Trans-Kaspian 2011 yubiley sərgisi 16-18 iyun tarixində Bakı Ekspo Mərkəzində keçirildi. “Silk Way Airlines” şirkəti Azərbaycan Hava Yolları ilə birlikdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçiriən bu nəqliyyat forumunda iştirak etdi.

MAA və “Silk Way Airlines” tərəfindən xüsusi komissiya yaradıldı

2011-ci il iyulun 6-da Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası “Silk Way Airlines” şirkətinin və MAA-nın nümayəndələrindən ibarət xüsusi komissiya yaratdı. Eyni günün axşamı komissiyanın mütəxəssilərdən ibarət qrupu “Silk Way Airlines” şirkətinin xüsusi çarter reysi ilə Baqram Hava limanına gəldilər və daha sonra qəzanın baş verdiyi ehtimal edilən yerə çatmaq üçün lazımi prosedurları təşkil etmək məqsədilə Kabil Beynəlxalq Hava limanına yola düşdülər. Əfqanıstan Nəqliyyat Nazirliyinin dəstəyi ilə və İSAF Koalisiya Qüvvələri ilə birlikdə xilasetmə planını müəyyən etmək və aşağıda göstərilən 9 heyət üzvü arasında həlak olanların sayını dəqiqləşdirmək üçün fövqəladə müşavirə keçirildi:

  1. 1. Kapitan - Serqey Kuzmin (1969-cu il təvəllüdlü)
  2. 2. İkinci pilot - Oleq Marşihin (1979)

  3. 3. Şturman - İqor Çjen (1966)
  4. 4. Bortmühəndis - Vladimir Şatobin (1958)
  5. 5. Radio-operator - Ahmedcan Hacayev (1955)

  6. 6. Yük operatoru - Elnur Mahmudov (1981)
  7. 7. Yük operatoru - Tapdıq Qəhrəmanov (1964)

  8. 8. Aviamexanik –Əfqan Rəhimov (1980)

  9. 9. Aviamexanik - Mehman Hüseynov (1962)

Eyni zamanda Əfqanıstan Höküməti tərəfindən təyyarə qəzasını təhqiq etmək üçün Əfqanıstan Nəqliyyat Nazirliyinin nəzdində və bizim komissiyanın üzvlərinin iştirkı ilə komissiya yaradıldı. Qəza yerinin çətin keçilə bilən dağlıq ərazidə və aktiv hərbi əməliyyatların keçirildiyi sahədə olması səbəbilə komissiya üzvlərinin fəaliyyəti çox məhduddur. Buna baxmayaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin, İSAF qüvvələrinin və Əfqanıstan hüquq-mühafizə orqanlarının dəstəyi ilə komissiya ekipaj üzlərinin qalıqlarını aşkar etmək və qəza haqqında ilkin məlumat əldə etmək üçün bütün mümkün imkanları nəzərdən keçirir. Azərbaycan Respublikasından gəlmiş komissiya üzvləri bütün zəruri rəsmiləşdirmə prosedurları başa çatana qədər Əfqanıstanda qalacaq.

“Silk Way Airlines” İlyuşin İL-76 təyyarəsi

“Silk Way Airlines” şirkətinin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) adından 9 heyət üzvü və göyərtəsində 18 ton yüklə (avtomobil və yük maşınları) Bakıdan (Azərbaycan) Baqram Hərbi Hava Bazasına (Əfqanıstan) uçuş həyata keçirən İlyuşin İL-76 təyyarəsinin (qeydiyyat nömrəsi 4K-AZ55) Kabildən 22,5 mil şimalda yerləşən hərbi bazaya yaxınlaşarkən radarla əlaqəsi itmişdir. Həmin an təxminən yerli vaxtla saat 00:10-da (5 iyul, 19:40Z) təyyarə Kabildən 13,5 mil aralıda və yerdən 4000 metr /13 000 fut yüksəklikdə alçalma mövqeyində olmuşdur . Uçuş heyətindən heç bir qəza siqnalı və ya anormal vəziyyət haqqında məlumat daxil olmamışdır. Təyyarə Ghorband/Syahgerd rayonunda Axşay yaxınlığındakı dağlıq ərazidə, dəniz səviyyəsindən 3800 metr yüksəklikdə yanar halda aşkar edilmişdir.

2011-ci il Xəzər Neft-Qaz Sərgisi

“Silk Way Airlines” şirkəti Azərbaycan Hava Yolları ilə birlikdə 18-ci Xəzər Neft-Qaz 2011 sərgisində iştirak etdi.

Hər il hökümət tərəfindən dəstəklənən sərgi və konfrans dünaynın neft-qaz sektorunun yeni iştirakçılarını və əsas oyunçularını bir araya gətirir. Sərginin nüfuzunu hər il açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri c-b İlham Əliyevin iştirakı təsdiq edir. Ənənəvi olaraq, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzər Neft-Qaz sərgisinə dəstək olur. Bu il sərgidə dünyanın 28 ölkəsindən 300-dən çox şirkətin, o cümlədən neft-qaz sənayesinin bütün istehsal və idarəetmə sahələrini təmsil edən nümayəndələrin, neft və neft məhsullarını nəql edən şirkətlərin nümayəndələrinin, habelə ətraf mühit üzrə mütəxəssislərin və alimlərin iştirakı gözlənilir.

“Silk Way” Milano Malpensaya uçuşlara başladı

23 may tarixində “Silk Way Airlines” Bakı və “Milano Malpensa” Hava limanı arasında B747-400 təyyarəsi ilə birbaşa həftəlik reyslərə start verdi. Bu, aviaşirkətin Lüksemburq, Hahn və İstanbuldan sonra Avropa istiqamətində dördüncü marşrutudur.

hard-extreme