Xəbərlər və yeniliklər

2011-ci il Xəzər Neft-Qaz Sərgisi

“Silk Way Airlines” şirkəti Azərbaycan Hava Yolları ilə birlikdə 18-ci Xəzər Neft-Qaz 2011 sərgisində iştirak etdi.

Hər il hökümət tərəfindən dəstəklənən sərgi və konfrans dünaynın neft-qaz sektorunun yeni iştirakçılarını və əsas oyunçularını bir araya gətirir. Sərginin nüfuzunu hər il açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri c-b İlham Əliyevin iştirakı təsdiq edir. Ənənəvi olaraq, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzər Neft-Qaz sərgisinə dəstək olur. Bu il sərgidə dünyanın 28 ölkəsindən 300-dən çox şirkətin, o cümlədən neft-qaz sənayesinin bütün istehsal və idarəetmə sahələrini təmsil edən nümayəndələrin, neft və neft məhsullarını nəql edən şirkətlərin nümayəndələrinin, habelə ətraf mühit üzrə mütəxəssislərin və alimlərin iştirakı gözlənilir.

“Silk Way” Milano Malpensaya uçuşlara başladı

23 may tarixində “Silk Way Airlines” Bakı və “Milano Malpensa” Hava limanı arasında B747-400 təyyarəsi ilə birbaşa həftəlik reyslərə start verdi. Bu, aviaşirkətin Lüksemburq, Hahn və İstanbuldan sonra Avropa istiqamətində dördüncü marşrutudur.

“Silk Way Airlines” fəaliyyətini ABŞ-da genişləndirir

“Silk Way Airlines” şirkəti Mayami şəhərində növbəti “Euroasian Cargo” satış ofisini açmaqla ABŞ-dakı fəaliyyətini genişləndirmişdir. Ölkə üzrə Regional Nümayəndə Artur İlyayev (Arthur Ilyayev) Nyu-York, Hyuston və Çikaqo olmaqla ABŞ-da yerləşən digər ofislər vasitəsilə müştərilər cəlb etməyi davam etdirəcək. Aviaşirkət əsas diqqətini növbəti ildə 747 təyyarələri ilə müntəzəm yük daşıma xidmətlərinin başlaması münasibətilə bazarda öz iştirakını gücləndirməyə yönəltmişdir.

Yeni B747-400F təyyarəsi Kabil Beynəlxalq Hava limanına uçacaq

Fevralın 27-də “Silk Way Airlines” şirkəti yeni Boeing 747-400F təyyarəsində 78 ton yüklə Kabil Beynəlxalq Hava limanına ilk kommersiya uçuşunu həyata keçirəcək. “Silk Way Airlines” 2002-ci ildən, İSAF və NATO-nun Əfqanıstanda sülhü bərpa etmə əməliyyatlarına başladığı tarixdən etibarən İL-76 və AN-12 təyyarələri ilə Əfqanıstana uçuşlar həyata keçirir.

“Silk Way Airlines” birinci B747-400F təyyarəsini qəbul etdi

“Silk Way Airlines” şirkəti ilk B747-400F təyyarəsini “Cargolux” Airlines şirkətindən qəbul etdi. Amsterdamdan Bakıya həyata keçirilən ilk kommersiya reysi ilə yeni təyyarə 98 ton yük daşımışdır. Növbəti B747-400F təyyarə gələn il təqdim olunacaq.

Silk Way Airlines “Air Cargo China” sərgisində iştirak etdi

8-10 iyun tarixində “Silk Way” nümayəndə heyəti dünyanın yük daşımaları üzrə ən mühüm sərgilərindən biri olan “Air Cargo China” sərgisində iştirak etdi.

Gənc tədbir olmasına baxmayaraq (2010-cu ildə təsis edilmişdir) sərgidə dünyanın 67 müxtəlif ölkəsindən 13 500-dən çox qonaq iştirak etdi. Sərgidə 42 ölkəni təmsil edən 400-dən çox stend nümayiş etdirilmişdir.

“Silk Way Airlines” şirkətinin bazarda təmsil olunması yük daşıma industriyasında əlaqələrimizi və münasibətlərimizi gücləndirməyə və yaxşılaşdırmağa imkan verir.

www.transportlogistic-china.com/
hard-extreme