Xəbərlər və yeniliklər

TIACA ACF 2010 Amsterdamda keçirildi

“Silk Way Airlines” şirkətinin rəhbərliyi 2-4 noyabr tarixində Amsterdamda keçirilən TIACA ACF 2010 tədbirində iştirak etdilər.

Dünya aviasiya sektrunun 5000-dən çox nüamayəndəsi 200-dən çox sərgi iştirkçısı ilə fikir mübadiləsi aparmaq və yeni iş imkanlarını nəzərdən keçirmək üçün bir araya gəldilər. 2-4 oktyabr 2012-ci il tarixində ABŞ-ın Atlanta şəhərində (Corciya ştatı) keçiriləcək növbəti Forum-Sərgiyə Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava limanı ev sahibliyi edəcək.

Heathrow Hava limanında Yeni Anbar

“Silk Way Holding” şirkətinin törəmə müəssisəsi olan ASC “Cargo Handling” yerüstü aviasiya xidmətlərinin təqdim edilməsində aparıcı şirkətlərdən biri olub, hərtərəfli və geniş çeşidli yerüstü xidmətlər həyata keçirir. ASC “Cargo Handling” şirkəti öz markasının adı ilə Heathrow Hava limanında fəaliyyət göstərir və 45 000 ton yükləri idarə etməyə qabildir. Şirkət yüklərin anbarlarda saxlanmasından tutmuş, təyyarələrin yüklənməsi və boşaldılması, yük maşınları ilə daşıma, sənədləşdirmə, təhlükəli malların idarə edilməsi, gömrük brokerliyi, ekspeditorluq, nəzarət və istehsal güclərinin kontroluna qədər vahid yük idarəetmə xidmətləri təqdim edir. Əlavə məlumat üçün Karqo Biznes Komandamızla əlaqə saxlayın:

info@asccargo.com, internet saytı: www.asccargo.com.

Xəzər Neft-Qaz Sərgisi 2010

2010-cu ilin 1-4 iyun tarixində yeni tikilmiş Bakı Ekspo Mərkəzində 2010-cu il Xəzər Neft-Qaz Sərgisi keçirildi. “Silk Way Holding” və Azərbaycan Hava Yolları QSC bu möhtəşəm tədbirdə birlikdə iştirak etdilər.

Azərbaycan Respublikasının Aeronaviqasiya İdarəsi

Azərbaycan Respublikasının və İraq Respublikasının Aeronaviqasiya İdarələri 12-13 noyabr tarxində Bakıda danışıqlar apardılar. Görüş nəticəsində nümayəndə heyətlərinin rəhbərləri ikitərəfli sənədlər imzaladılar. Bununla, “Silk Way Airlines” şirkəti İraqın müəyyən nöqtələrinə müntəzəm və çarter reysləri təşkil etmək hüququ əldə etdi. Eyni hüquqlar “Iraqi Airways” şirkətinə də veriləcək.

Rusiyaya Xeyriyyə Nəqliyyatı

Lüksemburqda yaşayan xeyirxah insanlar tərəfindən isti qış paltarları ilə doldurulmuş 700-ə yaxın qutu Rusiyada ehtiyacı olanlara göndərildi. Xeyriyyə paketləri “Silk Way Airlines” və “Cargolux” şirkətlərinin pulsuz təşkil etdiyi Bakı-Moskva reysi ilə vaxtında çatdırılacaq. “Cargolux” şirkətinin Xeyriyyə Komitəsi xeyriyyə prosesini koordinasiya etmiş və Lüksemburqdakı baş ofisindən sənədləşmə işlərini həyata keçirmişdir.

hard-extreme