Xəbərlər və yeniliklər

2009-cu il Xəzər Aviasiya Yük Daşınmaları Sammiti

Üçüncü Xəzər Aviasiya Yük Daşınmaları Sammiti (2009) iyun ayının 9-10-da Bakı şəhərində “Holiday Inn Baku Airport” otelində keçirildi. “Silk Way Airlines” və “Euroavia International” tərəfindən təşkil olunan tədbir MDB və Orta Asiya regionu üzrə yük daşınmalarına həsr edilmiş ən böyük tədbirdir.

Xəzər Aviasiya Yük Daşınmaları Sammiti aparıcı yükdaşıyıcı şirkətlərin rəhbərlərində bu konfransda iştirak etməyə həmişə maraq oyatmışdır. “Cargolux” şirkətinin Baş İcraçı Direktoru və Prezidenti d-r Ulrix Ogierman (Dr. Ulrich Ogiermann) maliyyə böhranın aviasiya nəqliyyatı sektoruna təsirləri barədə xüsusi məruzə ilə çıxış etdi. Tədbir gedişində dünya ticarətinin və aviasiya daşıyıcılarının mövcud çətinlikləri müxtəlif rakusrlarda işıqlandırıldı. “Lufthansa Consulting” şirkətinin İcraçı Vitse-Prezidenti Tilo Şmidt (Thilo Schmid) iqtidasi çətinliklər dövründə aviasiya sənayesinin idarə edilməsinə dair öz qiymətləndirməsini təqdim etdi. Müxtəlif ölkələrin hökümət nümayəndələrinin müşavirəsində nəzərdən keçirilən hava nəqliyyatı siyasətində son yeniliklər, aviasiya yük daşımaları üçün sabit biznes modelinin necə formalaşdırılması, işlənmiş qaz tullantıları və müvafiq limitlərin ticarəti haqqında Aİ qaydaları, yüklərin idarə olunması, yanacaq sərfiyyatının səmərəliliyi və təyyarə texnologiyaları müzakirə edilən digər mövzular arasında olmuşdur.

Trans-Kaspian 2009 Sərgisi

 2009-cu il iyun ayının 2-dən 5-nə qədər Heydər Əliyev adına İdman-Sərgi Kompleksində Trans-Kaspian 2009 sərgisi keçiriləcək.

 

“SW Holding” və Azərbaycan Hava Yolları QSC bu tədbirdə birlikdə iştirak edəcəklər.

“Silk Way Airlines” Münxendə keçirilən “Air Cargo Europe 2009” tədbirində iştirak etdi

 

2009-cu ilin 12-15 may tarixində “Silk Way Airlines” və “Euroasian Cargo” Almaniyanın Münxen şəhərində keçirilən Nəqliyyat və Loqistika tədbirinin bir hissəsi olan “Air Cargo Europe 2009” tədbirində iştirak etdi. Tədbir dörd günlük sərgidən və iki günlük yüksək səviyyəli konfransdan ibarət idi.

13 may tarixində təşkil olunan şam yeməyi ziyafətində ACW-nin Dünya Aviasiya Yük Daşınmaları Mükafatları təqdim olundu. Sərgi iştirakçıları aviasiya yük daşınmaları sektorunun 650 yüksək səviyəli nümayəndələri ilə görüşmək fürsəti əldə etdilər.

Əfqanıstan Aviasiya Yük Daşınmaları və Loqistika Konfransı İstanbulda keçirildi

2010-cu il aprel ayının 26-28-də Silk Way Airlines və “Euroasian Cargo” İstandulda keçirilən birinci Əfqanıstan Aviasiya Yük Daşınmaları və Loqistika Konfransında iştirak etdi. Konfransda hərbi və humanitar/xilasetmə podratçıları, hava daşıyıcıları, loqsitika firmaları, ekspeditorlar və müxtəlif firmalar ilk dəfə bir araya gəlib müzakirələr apardılar. “Silk Way Airlines” fürsətdən istifadə edərək bu tədbirin Qızıl Sponsoru oldu. Konfransda “Silk Way Holding” şirkətinin Prezidenti c-b Zaur Axundov bazar və regionun inkişaf perspektivləri haqqında ümumi məlumat təqdim etdi.

“Silk Way Airlines” ISO 9001:2008 sertifikatını aldı

“Silk Way Airlines” şirkəti 2009-cu ilin aprel ayında Azərbaycanda ISO 9001:2008 sertifikatını əldə edən ilk şirkətlərdən biridir. “Silk Way Airlines” şirkəti UKAS (Britaniya akkreditasiyası) və ANAB (ABŞ akkreditasiyası) üzrə daxili və beynəlxalq kommersiya yük daşınmaları xidmətlərinin təqdim edilməsi üçün SGS tərəfindən sertifikatlaşdırıldı.

hard-extreme