Xəbərlər və yeniliklər

Sonuncu “Boeing B747-400F” təyyarəsi qəbul edildi

“Silk Way Airlines” donanmasına daxil etdiyi sonuncu və üçüncü B747-400F təyyarəsini Amsterdamdan Bakıya ilk kommersiya reysində istismara verdi. Təyyarə iyul ayında Lüksemburqa çatdırılmışdır. Bu yeni təyyarə donanmanın tam yenilənməsi planımızı yekunlaşdırmaqla “Boeing” tipli təyyarələrimizin sayını 5-ə çatdırmışdır.

İkinci yeni “Boeing 767-300” yük təyyarəsi çatdırıldı

Azərbaycan Respublikasının hər cür yük daşımaları həyata keçirən aviadşıyıcısı “Silk Way West Airlines” aviaparkın genişləndirilməsi planının bir hisəsi kimi ikinci yeni “Boeing 767-300” yük təyyarəsini təhvil aldı. Sietl şəhərindən 13 saatlıq dayanacaqsız uçuşdan sonra təyyarə Heydər Əliyev Beynəlxalq Hava limanına endi.

Yeni “Boeing 767-300” yük təyyarəsi

“Silk Way Airlines” 2012-ci il may ayının 21-də ABŞ-ın Sietl şəhərində yeni B767-300 yük təyyarəsini “Boeing Commercial Airplanes” şirkətindən təhvil aldı. Aviaşirkət Stansted Hava limanı ilə Heydər Əliyev Beynəlxalq Hava limanı arasında iyul ayından etibarən həftədə iki dəfə uçuşlar həyata keçirməyə başlayacaq.

“Silk Way Airlines” həftədə iki dəfə yük daşıma xidmətlərinə start verdi

“Silk Way Airlines” noyabrın 2-də “Boeing 744F” tipli təyyarə ilə həftədə iki dəfə yük daşıma xidmətlərinə start verdi. Təyyarə Milan Malpensa-Bakı (əsas baza)-Honq-Konq və eyni marşrutla əks istiqamətdə fəaliyyət göstərir. “Silk Way Airlines” üçün bütün yerüstü yük idarəetmə xidmətləri Hactl tərəfindən yüklərin fiziki daşınması, aviayük sənədləri və perron təmizləmə xidmətləri daxil olmaqla bir pəncərədən xidmət prinsipi ilə həyata keçirilir.

“2011 Air Cargo Americas” Beynəlxalq Konqresi və Sərgisi

“2011 Air Cargo Americas Beynəlxalq Konqresi və Sərgisi 2011-ci ilin noyabr ayının 2-də Mayami Hava Limanının Konfrans Mərkəzində işə başlayır. Üç gün ərzində Qərb yarımkürəsinin ən böyük aviasiya yük daşınmaları tədbiri öz məhsul və xidmətlərini dünyanın aparıcı istehsalçılarına, ixracatçılarına, yük ekspeditorlarına, idxalçılarına və distribyutorlarına satmaq istəyən şirkətləri cəlb edəcək və onlara böyük fürsətlər təklif edəcək. Nyu-York, Mayami, Hyuston və Çikaqo ofisləri ilə təmsil olunan “Silk Way Airlines” sərgidə işitrak edir və bütün nümayəndələri 822 saylı stendə dəvət edir.

hard-extreme