Xəbərlər və yeniliklər

“Euroasian Cargo” şirkətinin Nyu-York ofisi JFK hava limanı üzrə satış rəhbərini təyin edib

Cozef Badamo “Euroasian Cargo” şirkətinin Nyu-York ofisinin JFK hava limanında satış şöbəsinə direktor təyin edilmişdir. “Euroasian Cargo” şirkətinin Nyu-York ofisi Silk Way Airlines və Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətlərinin Nyu-York üzrə baş satış agentidir. C-b Badamo əvvəllər “Evergreen International Airlines” aviaşirkətinin satış üzrə vitse- prezidenti, “KLM Royal Dutch Airlines Cargo” aviaşirkətinin bir sıra məsul vəzifələrində, o cümlədən satış vəəməliyyatlar üzrə reqional direktor vəzifəsində çalışmışdır.

“Silk Way Airlines” aviaşirkəti öz müntəzəm və çarter uçuşlarını B747F, İl-76 və AN-12 tipli təyyarələrlə Bakida yeni istifadəyə verilmiş yük-nəqliyyat qovşağı vasitəsi ilə həyata keçirir.  

 

hard-extreme